Avtomobil dərəyə yuvarlandı

Mingəçevirdə ölümlə nəticələnən avtomobil qəzası baş verib. Hadisə Mingəçevir şəhəri Təbriz küçəsi ilə Naxçıvan küçələrinin kəsişdiyi nöqtədəki körpüdə baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Təbriz küçəsi ilə Naxçıvan küçəsi istiqamətində yüksək sürətlə hərəkət edən, "Mersedes" markalı 10 UC 378 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 39 yaşlı Qurbanov Kamran Ramiz oğlu körpünü keçdiyi zaman idarəetməni itirərək yolun sol istiqamətindəki səkilərə çırpılaraq təxminən 10 metr yüksəklikdən uçaraq dərəyə aşıb. Nəticədə sürücü 39 yaşlı Qurbanov Kamran Ramiz oğlu hadisə yerindəcə dünyasını dəyişib.



Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə