Bakıda 6 nəfər özünə qəsd edib

Bakıda 6 nəfər özünə qəsd edib
Bir gündə Bakı şəhəridə 6 intihar hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, ilk hadisə Fatmayı qəsəbəsindəki "Muğan" istirahət mərkəzində baş verib. Belə ki, Ağdam rayonunda məcburi köçkün, 1983-cü il təvəllüdlü Qəmbərov Natiq Zahid oğlu özünü asıb. Bundan əlavə Binəqədi rayonunun 3-cü mədən 106-cı korpus yaşayış sahəsində 1987-ci ildə anadan olmuş Adıgözəlov Ceyhun Xanlar oğlu özünü asaraq intihar edib. Anoloji hadisə yenə Binəqədi rayonunda baş verib. Rayonun Yanar dağ yaşayış massivində Füzuli rayonundan məcburi köçkün Bayraməli Sadıqov özünü asıb.

Növbəti intihar hadisəsi Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində qeydə alınıb. AB yaşayış massivində 1997-ci il təvəllüdlü Əlizadə Nigar Telman qızı yaşadığı binanın 8-ci mərtəbəsinin eyvanından özünü atıb. 15 yaşlı qız hadisə yerində ölüb. Suraxanı rayon Yeni Günəşli qəsəbəsi E yaşayış massivində yaşayan 1959-cu il təvəllüdlü Əsgərova Tahirə İsmayıl qızı isə siçan zəhəri içib. Qadın xəstəxanada ölüb.

Xətai rayonunda isə orta məktəbdə müəllimə işləyən Naxçıvan sakini 1957-ci il təvəllüdlü Hüseynova Tərlanə Həsən qızı mənzilin qonaq otağından özün asıb. İlkin məlumata görə, 55 yaşlı qadın onkoloji xəstəlikdən əziyyət çəkirmiş və 5 dəfə əməliyyat olunub.

Bütün faktlarla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə