Rusiya vətəndaşına məxsus seyfi oğurlayan şəxs tutulub

Rusiya vətəndaşına məxsus seyfi oğurlayan şəxs tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 22-də \"Kempinski\" hotelində qalan Rusiya Federasiyası vətəndaşı Ruslan Vlasova məxsus içərisində 250 manat pul, xidməti vəsiqə və pasport olan seyfi oğurlanıb.

Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu hotelin işçisi Bakı şəhər sakini Nicat Paşazadənin etdiyi məlum olub və o, tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə