Sumqayıt şəhərində 13 yaşlı oğlan uşağı itkin düşüb

Sumqayıt şəhərində 13 yaşlı oğlan uşağı itkin düşüb

Sumqayıt şəhərində 13 yaşlı oğlan uşağı itkin düşüb. SİA-nın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Dax ili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətlərinin birgə yaydığı məlumatda qeyd edilir. Məlumata görə, 2012-ci il martın 29-da Sumqayıt şəhər sakini, 13 yaşlı Ağayev Ramil Habil oğlu yaşadığı evin qarşısından naməlum şəraitdə itkin düşüb.

Prokurorluqdan bildirilib ki, fakt üzrə toplanmış araşdırma materialında onun qəsdən öldürülməsini güman etməyə kifayət qədər əsaslar olduğundan mayın 3-də Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə həvalə edilib.

Bundan başqa, cinayətin açılması məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda Ramil Ağayevin öldürülməsi ehtimal edilən müxtəlif fərziyyələr əsasında intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə