Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, M.Muxtarov küçəsində yaşayan Anar Cəfərov Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə ərizə ilə müraciət edib. Şikayətçi ərizəsində gecə saat 00:05 radələrində yeni tanış olduğu Pərvanə adlı qadınla yaşadığı ünvana gəldiyini bildirib. Daha sonra evinə gələn qonaq qadının 1650 manat, 2900 ABŞ dolları, mobil telefonu və şəxsi sənədlərinin oğurlandığını görüb. Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Pərvanə Həbillayeva ötən gün həbs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB