Bir yaşlı uşağı elektrik cərəyanı vurub

Bir yaşlı uşağı elektrik cərəyanı vurub

Azərbaycanda 1 yaşlı uşağı elektrik cərəyanı vurub. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 19-da Samux rayonunun Çobanabdallı kənd sakini 1 yaşlı Arzu Zeynalova elektrik cərəyanı vurması nəticəsində ölüb.

Mayın 19-da Abşeron rayonunun Saray qəsəbə sakini Cəmiyyət Quliyev evində elektrik cərəyanı vurması nəticəsində ölüb. Hər iki fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə