Paytaxtda baş verən yol qəzası ölümə səbəb olub

Bakıda yol qəzası olub, bir nəfər ölüb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, mayın 22-si saat 06:00 radələrində Heydər Əliyev prospektində Bakı şəhər sakini Əlyar Məmmədov idarə etdiyi \"Opel Vectra\" markalı avtomobili idarəetməni itirməsi nəticəsində işıq dirəyinə vurub.

Qəzada sürücü hadisə yerində ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə