Bakının Bayıl qəsəbəsində ağır yol qəzası baş verib

Bakının Bayıl qəsəbəsində ağır yol qəzası baş verib
Bakının Bayıl qəsəbəsində zəncirvari yol qəzası baş verib. Səbail rayonu 8-i polis bölməsindən SİA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Belə ki, 137 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı avtobusla "VAZ-2107" markalı və "Niva" markalı maşın toqquşub. Nəticədə "VAZ-2107" markalı avtomobilin sərnişini hadisə yerindəcə ölüb, sürücüsü isə ağır yaralanıb. Daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hazırda hadisə yerində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə