Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, ötən gün saat 16:20 radələrində Yeni dairəvi yolda İmran Əliyevin idarə etdiyi "İsuzi" markalı yük maşını ilə Firudin Balakişiyevin idarə etdiyi "Mersedes" markalı avtomobil toqquşub. Nəticədə "Mersedes"-in sürücüsü və şərnişinlər Tahirə Əhmədova, oğlu Ramin Əhmədov Klimiki Tibbi Mərkəzə yerləşdirilib, digər oğlu Rasim Əhmədov isə hadisə yerində ölüb.
Bununla yanaşı ötən gecə Bakı-Mərdəkan yolunda Bakı şəhər sakini Kozıryeva Kristina Oleqovna idarə etdiyi "Honda" markalı avtomobillə Kürdəmir rayon sakini Nazilə Əhmədovanı vurub, nəticədə piyada hadisə yerində həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB