Minik avtomobil propan qazı daşıyan maşınla toqquşub: 4 nəfər ölüb

Bakı-Şamaxı yolunda minik avtomobil propan qazı daşıyan maşınla toqquşub. SİA-nın xəbərinə görə, bu gün saat 15:30 radələrində yolun Bakı-Şamaxı yolunun 73-cü kilometrliyində, Qobustan rayonu ərazisində 90-KZ-938 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşını qarşı tərəfdən gələn 10-FN-274 dövlət nömrə nişanlı "ZİL" markalı yük maşını ilə toqquşub.

APA-nın məlumatına görə, isə qəza nəticəsində "Mercedes"də olan 4 nəfər (sürücü, onun həyat yoldaşı və iki azyaşlı övladı) Qəbələ rayon sakinləri yerindəcə keçiniblər. Özəl şirkətə məxsus propan qazı daşıyan avtomobilin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hazırda faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə