Ot biçməkdən gələrkən ilan sancıb

Ot biçməkdən gələrkən ilan sancıb

Bərdənin Kətəlparaq kəndində ilan vurması baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, kənd sakini 20 yaşlı Mehman Aslanovu ot biçimindən qayıdarkən zəhərli ilan sancıb. Ayağının qaşındığını hiss edən Mehman həmin nahiyəyə baxarkən ilan sancması olduğunu anlayıb. Dərhal evə gedərək özünə ilkin yardım göstərən zərərçəkmş daha sonra xəstəxanaya gəlib.

Qeyd edək ki, xəstəyə ilkin tibbi yardım göstərilib. Hal-hazırda stasionar müalicə və müayinə olunur. Xəstənin vəziyyəti kafidir.



Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə