Bakıda ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, mayın 12-si saat 19:30 radələrində Binə qəsəbəsində İlqar Bayramovun idarə etdiyi "VAZ-2106" markalı və Mirzəli Cabbarovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub.
Nəticədə, M.Cabbarov hadisə yerində ölüb, sərnişinləri Cəmilə Məmmədova, Qərib Nurməmmədov, Kifayət Nurməmmədova və "VAZ-2106" markalı avtomobilin sürücüsü İ.Bayramov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB