Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, ötən gün Şağan qəsəbəsində yaşayan Ağabəy Xəlilov qarın nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib və orada həyatını itirib. Xəzər rayon Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun oğlu Rüfət Xəlilov yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə