Qələbə günündə Bakıda küçədən naməlum kişi meyiti tapılıb

Qələbə günündə Bakıda küçədən naməlum kişi meyiti tapılıb
Mayın 9-da Bakıda küçədən naməlum kişi meyiti tapılıb. Yasamal rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, H.Zərdabi küçəsi 61 saylı binanın yaxınlığından üzərində zorakılıq əlamətləri görünməyən 50-55 yaşlı kişi meyiti tapılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, ölən şəxs paytaxt sakini, 1963-cü il təvəllüdlü Əliyev Arif Cəmil oğludur. Faktla əlaqədar ekspertiza təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə