3 nəfərin ağır yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib - FOTO

3 nəfərin ağır yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib - FOTO

Şirvanda 3 nəfərin ağır yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, bu gün günorta saatlarında Şirvan şəhərinin Heydər Əliyev prospektində "Volqa" markalı 10 CK 638 nömrəli avtomobillə "VAZ 2110" markalı 90 HN 481 nömrəli avtomaşın toqquşub. Nəticədə hər 2 avtomobilin sürücüsü 1979-cu il təvəllüdlü Məmmədov Mahir İnqilab oğlu, 1961-ci il təvəllüdlü Kazımov Valeh Feyruz oğlu və sərnişin 1986-cı il təvəllüdlü Əzizov Sovqat Hüseynağa oğlu ağır dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin baş verməsində hansı avtomobilin təqsirli olması Şirvan Polis Şöbəsi tərəfindən araşdırılır.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə