Xanım sürücünün idarə etdiyi avtomobil dərəyə yuvarlandı

Xanım sürücünün idarə etdiyi avtomobil dərəyə yuvarlandı

Hacıqabul ərazisində xanım sürücü avtomobili dərəyə yuvarladı. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gün axşam saatlarında Bakı-Qazax yolunun Hacıqabul rayonundan keçən hissəsində Bakı şəhərinin Masazır kəndinin sakini, 1975-ci il təvəllüdlü sürücü Niftəliyeva Esmira İbrahim qızı idarəetməni itirərək "Hunday Elantra" markalı 99 BN 370 nömrəli avtamobilini yoldan çıxararaq təxminən 30 metr hündürlükdən dərəyə yuvarlayıb. Xoşbəxtlikdən avtomobildə olan xanım sürücü və qızı 1998-ci il təvəllüdlü Nəcəfova Gülay Şaiq qızı yüngül xəsarətlə Şirvan Mərkəzi Xəstəxanasına aparılıb. İlkin tibbi yardımdan göstərildikdən sonra hər ikisi evə buraxılıb. Avtomobil isə tamam yararsız vəziyyətə düşüb.

Faktla bağlı BDYP-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə