Şirvanda sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb - FOTO

Şirvanda sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb - FOTO

Şirvanda sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hadisə Şirvan şəhərinin Heydər Əliyev prospektində baş verib.

Şirvan sakini 1961-ci il təvəllüdlü sürücü Rəsulov Mayıl Ağalar oğlunun idarə etdiyi "KamAZ" markalı 18 BD 483 nömrəli yük maşını ilə sürücü 1950-ci il təvəllüdlü Hacıyev Yusifəli Əsgər oğlunun idarə etdiyi 18 BC 908 nömrəli 6 saylı şəhər daxili sərnişin daşıyan mikroavtobus toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 3 nəfər - 1970-ci il təvəllüdlü Novruzova Zemfira Böyükxan qızı, 1981-ci il təvəllüdlü Məmmədova Məlahət Tofiq qızı və 1981-ci il təvəllüdlü Ağamalıyev Fuad Fikrət oğlu xəsarət alaraq Şirvan mərkəzi xəstəxanasına yerləşdirilib.

Məlum olub ki, mikroavtobusu növbə ilə 2 sürücü - yaşlı və gənc oğlan idarə edir. Hadisəni törədən sürücü yox, gənc sürücü həmin mikroavtobusla dəfələrlə Şirvan şəhərinin müxtəlif ərazilərində insan həyatı üçün ciddi təhlükə yaradan manevrlər edir. Şəhər sakinləri dəfələrlə bu barədə aidiyyəti orqanlara şikayət ediblər. Təəssüf ki, DYP-i hələlik bu mikroavtobusun sürücüsü barədə ölçü götürmür. Maraqlısı isə budur ki, həmin mikroavtobusun üzərindəki dövlət nömrə nişanı da həmin avtomobilə məxsus deyil. Hadisə zamanı mikroavtobusun üzərində 18 BC 908 nomrə nişanı olub. Yəqin ki, polis bu fakta da diqqət yetirəcək və ədalətli qərar qəbul edəcək.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə