Yasamal rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb

Yasamal rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb

Bakı şəhəri Yasamal rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb. Yasamal Rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə Yasamal bazarı yaxınlığında, Şərifzadə küçəsi 78-də qeydə alınıb. Belə ki, 17 saylı avtobus maneəyə çırpılıb. Nəticədə 9 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları barədə məlumat araşdırmalardan sonra məlum olacaq.



Bütün xəbərlər Facebook səhifəmizdə