Ağdam rayonun Quzanlı qəsəbəsində yaşayan Laçın rayonunun Şəlvə kəndindən olan Mərdanov Əli İbrahim oğlu ailə münaqişəsi zəminində yaxın qohumları Təhməz Hüseynovu və onun oğlu Tariyel Hüseynovu bıçaqlayıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ağır bıcaq xəsarəti alan Təhməz Hüseynov xəstəxanaya çatdırılsada onun həyatını xilas etmək olmayıb. Tariyel Hüseynov isə aşağı ətraf nahiyəsindən bıçaq xəsarəti alıb.
Qeyd edək ki, hadisəni törədən şəxs Əli Mərdanov əvvəllər də qəsdən adam öldürmə əməlinə görə həbs olunub. O 14 illik məhkumluq həyatından sonra 2011-ci ildə azadlığa buraxılıb.
Faktla bağlı Ağdam rayon Prokurorluğunda AR CM-nin 126.3 maddəsi ilə cinayət işi açılıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB