FHN-nin xilasediciləri özünü Kür çayına atan şəxsin axtarışına başlayıb

FHN-nin xilasediciləri özünü Kür çayına atan şəxsin axtarışına başlayıb
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri özünü Kür çayına atan şəxsin axtarışına başlayıb. SIA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 28-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1995-ci il təvəllüdlü Quluzadə Rafiq Malik oğlu Kür çayının Şirvan şəhərindən keçən hissəsində intihar məqsədilə özünü çaya atıb. Dərhal FHN-in dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Qeyd olunan şəxsin ən yaxın xilasetmə məntəqəsindən, təxminən 10 km aralıda, nəzarətsiz ərazidə batdığı ehtimal olunur və axtarışları davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə