Şirkətdən külçə oğurlayan şəxslər saxlanılıb

Şirkətdən külçə oğurlayan şəxslər saxlanılıb

Şirkətdən külçə oğurlayan şəxslər saxlanılıblar. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 15-də II Zabrat qəsəbəsi Oktyabr küçəsində yerləşən "MVS" şirkətindən naməlum şəraitdə 80 ədəd qara metaldan olan külçə oğurlanıb.

Sabunçu polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, həmin şirkətdə işləyənlər- Bakı şəhər sakinləri İlyas İbadov, Vilayət Qasımov və Anar Eyyubov aprelin 27-də tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə