Şirvan sakini Kür çayında batıb

Şirvan sakini Kür çayında batıb

Şirvan şəhər sakini Kür çayında batıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, bu gün nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan sakini 1995-ci il təvəllüdlü Rafiq Malik oğlu Quluzadənin Kür çayına düşməsi barədə məlumat daxil olub. Dərhal FHN-in dalğıc-xilasediciləri hadisə rayonuna cəlb olunub və axtarışa başlanıb. Rafiq Quluzadənin ən yaxın xilasetmə məntəqəsindən, təxminən 10 km aralıda, nəzarətsiz ərazidə batdığı ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə