Yüksək sürət növbəti dəfə can aldı

Yüksək sürət növbəti dəfə can aldı

Bərdədə ölümlə nəticələnən yol qəzası hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Bakı küçəsi ilə yüksək sürətlə hərəkət edən, 90 CJ 535 dövlət nömrə nişanlı "Audi A-6" markalı minik maşını yolun hərəkət hissəsinin əks istiqamətinə çıxaraq 61BA 711 "VAZ-2106" markalı avtomaşını vurub. Daha sonra arxadan gələn digər eyni markalı "Jiquliyə" çırpılıb. Nəticədə üçüncü maşının sürücüsü Səfərov Cəlal Sabir oğlu hadisə yerindəcə keçinib. Şahidlərin qəzaya səbəb olan "Audi"nin yüksək rütbəli şəxs olduğu bildirilir.

Qeyd edək ki, faktla bağlı Bərdə rayon polis şöbəsində cinayət işi açılıb.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə