FHN bu gün Bakıda sərnişin avtobusunun aşması ilə bağlı rəsmi məlumat yayıb

FHN bu gün Bakıda sərnişin avtobusunun aşması ilə bağlı rəsmi məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi bu gün Bakıda sərnişin avtobusunun aşması ilə bağlı rəsmi məlumat yayıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda "Daewoo" markalı avtobus küvetə aşıb.

Sürücü və 2 nəfər sərnişin xəsarət alıb. Xilasedicilər yaralıları aidiyyəti üzrə təhvil vermiş və müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 13:01-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə