Mənzil qarətçiləri saxlanılıb

Mənzil qarətçiləri saxlanılıb
Bakıda mənzili qarət edən şəxslər saxlanılıb. Bakı şəhər Baş polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə Sulutəpə qəsəbəsi yeni yaşayış sahəsində yaşayan Nazim Quliyevin evində törədilib.

Belə ki, naməlum şəxslər pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə qızıl-zinət əşyaları, gümüş xəncər, qol saatı, xəz geyimi və boş seyf oğurlanıb. Binəqədi rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 40-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Məlikov və Mais Bibiquliyev aprelin 27-də tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə