Bakıda sərnişin avtobusu aşıb - FOTO

Bakıda sərnişin avtobusu aşıb - FOTO
Bu gün saat 12.20 radələrində Biləcəri yolunda 93 saylı marşrutda işləyən "Daewoo" markalı sərnişin avtobusu aşıb. Respublika Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən xəbərə görə, avtobusun aşması nəticəsində 4 nəfər yaralanıb.

Yaralılar ilkin olaraq Biləcəridə yerləşən Respublika Dəmiryolu Xəstəxananaya yerləşdiriliblər. Xəstaxanadan verilən xəbərə görə, yaralılar ilkin tibbi yardım göstərildikdən sonra profil üzrə digər xəstəxanalara göndəriliblər.

Hadisə zamanı ölən olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə