Bakıda daha bir şəxs dəm qazından boğularaq ölüb

Bakıda daha bir şəxs dəm qazından boğularaq ölüb

Azərbaycan paytaxtında dəm qazından daha bir ölüm faktı qeydə alınıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 27-də Xətai rayonu ərazisində baş verib. Burada yaşayan İlhamə Qələndərova evində dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə