Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, müəssisədə cəza çəkən 1982-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.4.3, 93.1.4 maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum İsmayılov Ramin Rahim oğlunun yanına qısa müddətli görüşə gəlmiş qohumu İbrahimova Samirə Tahir qızının gətirdiyi sovqata baxış keçirilib. Həmin vaxt konfetin içərisindən ümumi çəkisi 9,9 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB