Avtoyumadan avtomobil qaçıran şəxs tutulub

Avtoyumadan avtomobil qaçıran şəxs tutulub

Aprelin 19-da A.Məhərrəmov küçəsində yerləşən avtoyuma sexindən Bakı şəhər sakini Tacəddin Əfəndiyevə məxsus "BMW" markalı avtomobil qaçırılıb. Nəsimi RPİ 19-cu PB və Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Ağsu rayon sakini Eyvaz Kazımov aprelin 23-də Ağsu rayonunda avtomobillə birlikdə saxlanılıb, cinayətin digər iştirakçısının tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə