Zabratda bıçaqlanma hadisəsi qeydə alınıb. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, II Zabrat qəsəbəsi yeni tikilidə yaşayan Vaqif Novruzov yaşadığı ünvanın yaxınlığında aldığı bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Cəlilabad rayon sakini Elvin Hacıyev tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB