Bərdədə avtomobil qəzası baş verib

Bərdədə avtomobil qəzası baş verib

Bərdədə iki minik avtomobili toqquşub. Hadisə rayonun Zümürxan kəndi ərazisində baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisəyə səbəb "Vaz 2107" markalı avtomobilin sürət həddini aşması olub. İdarəetməni itirən minik maşını hərəkət zolağından çıxaraq qarşı tərəfdən gələn digər avtomobilə dəyib.

Qeyd edək ki, qəza nəticəsində bir nəfər xəsarət alıb.

Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.



Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə