25 yaşlı oğlan bibisini öldürdü

25 yaşlı oğlan bibisini öldürdü

Xızı rayonunda qətl hadisəsi baş verib. Hadisə ötən gün gecə saatlarında rayonun Şurabad qəsəbəsində qeydə alınıb. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, içkili vəziyyətdə olan 25 yaşlı qəsəbə sakini Aslan Hüseynov bibisi 54 yaşlı Tahirə Sultanovanı bıçaq zərbəsi vurmaqla qətlə yetirib. Yaralını Sumqayıt Travmatologiya xəstəxanasına apararkən keçindiyini deyən Xızı Prokurorluğunun müstəntiqi Eldəniz İsmayılov qətlin təfərrüatlarını bibi ilə qardaşoğlu arasında uzun müddət mövcud olan münaqişə ilə əlaqələndirib.

Xızı rayon prokurorluğunda könüllü polisə təslim olan Aslan Hüseynov barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. İstintaq qardaşoğlunun hansı səbəbdən bibisinin həyatına son qoymasına aydınlıq gətirəcək.


Emin Kərimov


Bütün xəbərlər Facebook səhifəmizdə