Yanmış avtomaşında meyit aşkar edilib

Yanmış  avtomaşında meyit aşkar edilib
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki 2 saylı yataqxananın qarşısında "VAZ-2109" markalı avtomaşın yanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə,yanğın söndürüldükdən sonra avtomaşının salonunda qəsəbə sakini Bəxtiyar Mehdiyevin yanmış cəsədi aşkar edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə