İstirahət günlərində 28 yol qəzası qeydə alınıb

İstirahət günlərində 28 yol qəzası qeydə alınıb
Azərbaycanda istirahət günlərində 28 yol qəzası qeydə alınıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, qəzalarda 6 nəfər ölüb, 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölümlə nəticələnən yol qəzalarının əksəriyyəti piyadaların vurulması nəticəsində olub. Bildirilib ki, aprelin 22-dən 23-nə keçən gecə saat 03:40-da Bakı-Qazax yolunun 16-cı kilometrliyində, Qaradağ rayonu ərazisində iki "Mercedes" markalı minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb. Yasamal rayonu Ələsgər Ələkbərov küçəsində aprelin 21-dən 22-nə keçən gecə saat 01:00 radələrində "Mercedes" və "Tavria" markalı avtomobillər toqquşub, 2 nəfər xəsarət alıb. Nərimanov rayonu Ağaoğlu küçəsində "Mercedes"lə "Hyundai" toqquşub, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Şəkidə 20 Yanvar küçəsində "VAZ 2121" və "Mercedes" toqquşub, 2 nəfər xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə