Maşın hasarla ağaca çırpılıb-FOTO

Maşın hasarla ağaca çırpılıb-FOTO

Ötən gecə saat 24:30 radələrində Şirvan şəhərinin Z. Hacıyev küçəsində Şirvan sakini sürücü Fərzəliyev Elvin Məhəmməd oğlunun idarə etdiyi "VAZ 21015" markalı 90 MZ 647 nömrəli avtomabil digər sürücü 1990-cı il təvəllüdlü Baxışov Yaşar Zülfü oğlunun idarə etdiyi "VAZ 2107" markalı 90 HE 598 nömrəli maşına dəyərək idarə etməni itirib və yolun kənarında yerləşən həyət evinin hasarı ilə ağacın arasına girib. SİA-nın Aran bürosunun məlumatına görə, nəticədə "VAZ 21015" markalı avtomobil tamamilə yararsız vəziyyətə düşüb və içərisində olan sərnişinlər 1982-ci il təvəllüdlü Haqverdiyev İntiqam Rəhman oğlu və 1990-cı il təvəllüdlü Abdullayev Nural Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə