Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumat görə, ötən gün Pirallahı qəsəbəsi K.Rzayev küçəsində yaşayan Tofiq İbrahimov şəxsi münasibətlər zəminində Ceyhun Şərifova bıçaq xəsarəti yetirdiyinə görə, Xəzər rayon polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.
Həmçinin L.Məmmədbəyov küçəsində naməlum şəxs mübahisə zəminində qəsəbə sakini Emin Əliyevə bıçaq xəsarətləri yetirib. Sabunçu rayon polis idarəsi 13-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Vahid Əliyev ötən gün həbs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB