Bakıda sərnişin avtobusu yük avtomobili ilə toqquşub, ölənlər var

Bakıda sərnişin avtobusu yük avtomobili ilə toqquşub, ölənlər var

Bakıda sərnişin avtobusu yük avtomobili ilə toqquşub. Qaradağ rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, \"Sədərək\" Ticarət Mərkəzinin yaxınlığında Qax rayonundan ticarət mərkəzinə sərnişin gətirən 90 XT 481 dövlət nömrə nişanlı \"Daewoo\" markalı avtobus 66 BG 242 dövlət nömrə nişanlı \"KAMaz\"a arxadan çırpılıb. Zərbənin gücündən yük maşını aşıb.İlkin məlumata görə, hadisə nəticəsində iki nəfərin öldüyü və 30-dan çox adamın yaralandığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə