Sumqayıtda oğurluqla məşğul olan 3 nəfər saxlanılıb

Sumqayıtda oğurluqla məşğul olan 3 nəfər saxlanılıb
Sumqayıtda oğurluqla məşğul olan 3 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumat görə, Sumqayıt sakini Mədəni Məmmədova məxsus avtodayanacaqdan 15 sement, habelə hasarının 500-600 mişar daşı və dəmir barmaqlıqları sökülərək oğurlanıb. Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının apardıqları araşdırmalar zamanı oğurluğun Sumqayıt sakini 79 yaşlı Yusif Vəliyev və onun 2 oğlu tərəfindən törətməsi müəyyən edilib. Faktla əlaqədar araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə