Rusiya İstintaq Komitəsi Moskvada azərbaycanlı iş adamının qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb

Rusiya İstintaq Komitəsi Moskvada azərbaycanlı iş adamının qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb
Rusiya İstintaq Komitəsi Moskvada azərbaycanlı iş adamının qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb. SİA-nın verdiyi məlumata görə, İstintaq Komitəsinin yaydığı məlumatda bildirilir ki, bu gün saat 15:10 radələrində paytaxtın "Persenskiy val" adlanan ərazisində naməlum şəxs "Toyota" markalı avtomobilə yaxınlaşaraq odlu silahdan üç dəfə atəş açıb. Nəticədə avtomobildə olan şəxslərdən bir 52 yaşlı İlqar Əliyev hadisə yerində ölüb. Başından güllə yarası almış qadın isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsini 105.1-ci (qətl), 105.2-ci (qətlə yetirməyə cəhd) və 222-ci (qanunsuz odlu silah gəzdirmə) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə