Rusiya paytaxtında azərbaycanlı iş adamı odlu silahla qətlə yetirilib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə bu gün günorta saatlarında baş verib. Həmyerlimiz 1959-cu il təvəllüdlü İlqar Əliyevin meyidi Moskvanın "Presnenskiy val" adlanan ərazisində "Toyota Land Cruiser" markalı avtomobildə tapılıb.
Şahidlərin sözlərinə görə, killer yol ayrıcında gözləyən avtomobilin qabağına keçərək bir neçə dəfə odlu silahdan atəş açıb. İ. Əliyev avtomobili hərəkətə gətirməyə cəhd edib. O, yaralı halda avtomobili qarşısında dayanmış avtomobilə çırpıb. Bu zaman avtomobildə olan həyat yoldaşı ağır xəsarətlər alıb.

Qeyd edək ki, İlqar Əliyev Moskvada spirtli içki məhsullarının satışı ilə məşğul olurmuş.
Faktla bağlı Moskva hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB