Gəncə polisi keçirdiyi əməliyyatla avtomobil oğrusunu həbs edib. Gəncə şəhər Baş Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, 16 aprel tarixində şəhərin Şah İsmayıl Xətai prospektindən Mehdiyev Elnur Tağı oğluna məxsus avtomobili qaçıran 1986-cı il təvəllüdlü Hüseynov Sərvan Qəzənfər oğlu yaxalanıb. Onun üzərindən narkotik vasitəsi də aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik istifadəçisi olduğunu etiraf edib, ancaq avtomobili oğurlamadığını bildirib. Başqa sözlə desək qaçırılan avtomobil saxlanılan şəxsin dostuna aiddir və sadəcə sürməyə götürüb.
Qeydə edək ki, Sərvan Hüseynov əvvəllər də oğurluq maddəsi ilə həps həyatı yaşayıb və azadlığa 2010-cu ildə çıxıb. Faktla bağlı Azərbayban respublikası cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb istintaq tədbirləri davam etdirilir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB