Toya hazırlaşan ailənin sevinci alovun istisində əriyib yoxa çıxdı. 8 nəfərlik ailəyə başçılıq edən Ağdam rayon Kəlbəhüseynli kənd sakini Hüseynov Eldar Şəmsəddin oğluna məxsus evin çox hissəsi bir anın içində yanaraq külə dönüb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, elektrik naqillərindən törəndiyi ehtimal olunan yanğın beşotaqlı evin tən yarıdan çoxunu külə döndərib.
Hadisə barədə FHN Yanğından Mühafizə Bölməsinin Ağdam rayon şöbəsinə məlumat verilsə də yanğınsöndürənlər vaxtında yetişməyiblər.
Xatırladaq ki, Hüseynovlar ailəsi yaxın günlərdə baş tutacaq toy mərasiminə hazırlıq görürdülər.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB