Bərdə rayonunda peşə məktəbi ərazisində müvəqqəti məskunlaşan məcburi köçkünlərin yaşadığı evlər yanaraq külə dönüb.
SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, torpaq kərpicdən tikilən evlər səhər saatlarında elektrik naqillərində baş verən qısa qapanmadan alovlanıb. Bir evdə baş verən yanğın qısa zamanda genişlənərək digər iki evə də keçib.
Yanğınsöndürənlərin köməkliyi ilə alovun digər evlərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı azyaşlı uşaqlar qonşuların köməkliyi ilə son anda alovlar içindən çıxardılıb.
Yanğın zamanı evin bütün əşyaları tamamilə külə dönüb. İndi evsiz qalan köçkün ailələr evlərinin yenidən bərpası üçün aidiyyəti qurumlardan kömək istəyir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB