Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, ötən gün S.Mirhəsənağa küçəsində kirayədə yaşayanlar Biləsuvar rayon sakini Mirxalid Kazımova məxsus noutbuk, datakart, mobil telefon, Masallı rayon sakini Elmar Mustafazadəyə məxsus fotoaparat, Kürdəmir rayon sakini İbrahim Əmirxanova məxsus geyim əşyaları və Şirvan şəhər sakini Elşən Nəcəfova məxsus, içərisində pul olan çanta oğurlanıb. Xətai rayon polis idarəsi 34-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elvin Əliyev polis əməkdaşları tərəfindən yaxalanıb.
Eyni zamanda oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Röyal Məmmədov və Amil Beydullayev ötən gün Nəsimi rayon polis idarəsi 20-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs olunub. Məlum olub ki, onlar aprelin 16-na Mirqasımov küçəsində Bakı şəhər sakini Elnur Cəfərova məxsus "VAZ-2107" markalı avtomobildən açar seçmə yolu ilə maqnitafon oğurlayıb, elə həmin gün sözügedən küçədə Mustafa Nəsibova məxsus "Hunday" markalı avtomobilin təkərini oğurlamaq istəyərkən avtomobil sahibi görüb hadisə yerindən qaçıb.
Bununla yanaşı Əbilov küçəsində yaşayan Münəvvər Tağıyevanın evindən açar seçmə yolu ilə qızıl-zinət əşyaları oğurlanıb. Yasamal rayon polis idarəsi 27-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Nazim Cavadov və Nicat Zeynalov ötən gün yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB