FHN: Bakıda və Göygöldə baş vermiş yanğınların qarşısı alınıb

FHN: Bakıda və Göygöldə baş vermiş yanğınların qarşısı alınıb
Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli, iki otaqlı evdə yanğın qeydə alınıb. Hadisə nəticəsində ev tamamilə yanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər alovun qarşısını alıb, bitişik evləri yanğından mühafizə ediblər. Göygöl rayonunun Balçılı kəndində vətəndaşa məxsus ümumi sahəsi 168 kvadratmetr olan köməkçi tikilidə yanğın baş verib. Nəticədə tikili xeyli sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi alovdan mühafizə olunub və yanğın söndürülüb. Nəsimi rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 40 kvadratmetr olan birmərtəbəli, iki otaqlı evdə yanğın olub. Burada da yanğın söndürülüb, evin qalan hissəsi alovdan mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə