Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya daxil məlumat görə, ötən gün paytaxtın Azadlıq prospektində Bakı şəhər sakinləri Elçin Əlizadə, Ağazahid Əliyevin kürək nahiyəsindən bıçaq xəsarətləri yetirdiyinə görə, Səbail rayon polis idarəsi 39-cu polis bölməsinin əməkdaşları tərəfindən yaxalanılıb.
Həmçinin Neapol küçəsində yaşayanlar Elşən Məmmədov həyat yoldaşı Rəna Məmmədovaya bıçaq xəsarətləri yetirdiyinə görə, Xətai rayon polis idarəsi 34-cü polis bölməsinin əməkdaşları tərəfindən həbs olunub.
Eyni zamanda ötən gün 7-ci mikrorayonda yaşayan Toğrul Şükürov yaşadığı ünvanın qarşısında aldığı bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzinə yerləşdirilib. Binəqədi rayon polis idarəsinin 5-ci pols bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Vüqar Əliyev aprelin 15-də tutulub.
Bununla yanaşı aprelin 14-də Lökbatan qəsəbəsi H.Sultanov küçəsində yaşayan qəsəbə sakinləri Cavid Qasımov mübahisə zəminində Ənnağı Ənnağıyevə bıçaqla xəsarət yetirdiyinə görə Qaradağ rayon Pİ 10-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB