Kürdəmir-Yevlax yolunda ağır yol qəzası baş verib

Kürdəmir-Yevlax yolunda ağır yol qəzası baş verib

Bu gün Kürdəmir-Yevlax yolunda ağır yol qəzası baş verib. SİA-nın verdiyi xəbərə görə, Yevlax-Bakı istiqamətində hərəkət edən Mercedes markalı 90 FA 902 dövlət nömrə nişanlı avtomobil yolun kənarında dayanmış TIR markalı avtomaşınla toqquşub. Hadisə nəticəsində Mercedes markalı avtomaşının sürücüsü yerindəcə həlak olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım maşınları gəlib. Qəza nəticəsində Yevlax-Bakı istiqamətində uzun tıxac yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə