Aprelin 15-də paytaxtın Yasamal rayonu ərazisində fəhlənin ölümü ilə nəticələnən hadisə baş verib. SİA-nın məlumatına görə, Mətbuat prospekti 18 ünvanında tikilən binanın 11-cu mərtəbəsində fəhlə işləyən Sabirabad rayonunun Şəhriyar kənd sakini Ziyafət Amanov yıxılaraq dünyasını dəyişib. İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıqdan baş verib. Faktla bağlı hüquq mühafizə orqanları araşdırma aparırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB