İki jurnalist-dələduz saxlanılıb

İki jurnalist-dələduz saxlanılıb

Sabiabadda özlərini "İqtisadiyyat və siyasət" qəzetinin baş redaktoru və müavini kimi qələmə verib rayonda dələduzluqla məşğul olan iki nəfər saxlanılıb. SİA-nın Aran bürosunun məlumatına görə, saxlanılanlar Kür çayının daşmasından ziyan çəkən sakinlərə tikiləcək evlərdən onlara verilməsi üçün adlarını siyahıya salacaqlarına vəd veriblər. Hər sakindən 1000-1500 manat rüşvət almağa macal tapan dələduzlar Naxçıvan MR sakini 69 yaşlı Əsgərov Eldar və Sabirabad rayon sakini Babayeva Ülkər Əlibaba qızıdır.

Onlar 2011 may aylarından dələduzluq etməyə başlayıblar. Eldar Ülkərə 2010-cu ildə sel daşqindan ziyan görən Sabirabad sakinləri ilə munasibət yaradıb onlara ev tikintisi üçün adlarının siyahıya salınacağını vəd verib və onlardan 1000-1500 manat almağı tapşırıb. Ülkər Sabirabadın Bulduq kəndindən Nuruşov Gülabba Güləhməd oğlundan 603 manat, Mürsəlli kənd sakini Muradov Ağasalah Sərxan oğlundan 1000, Mürsəlli kənsakini Kərimov Fazil Yaqub oğlundan 1000 manat, Mürsəlli kənd sakini İsmayılov Müqabil Mahmudağa oğlundan 1000 manat, Sabirabad rayon sakini Əliyeva Banu Məhəmməd qızından 1500 manat, Sabirabad rayon sakini İsgəndərov Samir İsgəndər oğlundan 1100 manat alaraq dələduzluq ediblər.

Sabirabad rayon polis şöbəsinin müstəntiqi Yavər Eyvazovun bildirdiyinə görə, faktla bağlı araşdırma aparılır və hər iki nəfər şübhəli şəxs qismində saxlanılıb.


İqbal MİKAYILOV

Bütün xəbərlər Facebook səhifəmizdə