Hacıqabul rayon prokurorluğunun böyük müstəntiqi Vüqar Məlikovun SİA-nın Aran bürosuna verdiyi məlumata görə, Hacıqabul rayonu C.Cabbarlı küçəsi ev 20-də yaşayan, 1965-ci il təvvəllüdlü Ələkbərov Tapdıq Ələkbər oğlu evinin hamamında mətbəx buçağı ilə boğazına və sol döş nahiyyəsini kəsib, özünə müxtəlif dərəcəli xəsarətlər yetririb, həmçinin sol qolunu 3 yerdən kəsməklə intihar edib. Tapdıq Ələkbərovun yaxınlarının sözlərinə görə, intihara səbəb təxminən mərhumun 2000 manat borcunun olması olub.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB